İspaniya milli komandasının futbolçularından biri 2026-cı il dünya çempionatındakı qələbəyə görə ona veriləcək şəxsi bonusundan tamamilə imtina edib.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, oyunçu həmin vəsaiti İspaniya Kral Futbol Federasiyasının əməkdaşlarına bağışlamaq qərarına gəlib. O, bu addımı ilə 2 aylıq təlim-məşq toplanışı zamanı millinin fəaliyyətini təmin edən işçilərə təşəkkürünü bildirib.

Komandanın FİFA-dan qazandığı ümumi mükafat fondu təxminən 50 milyon avro təşkil edib. Bu məbləğdən 26 futbolçunun hər birinə 860 min avrodan çox (vergilər çıxılmadan əvvəl təxminən 1 milyon avro) pul düşməli idi.

Futbolçu adının gizli qalmasını istəyib. Bu səbəbdən belə bir səxavəti kimin nümayiş etdirdiyi hələlik məlum deyil.

Xatırladaq ki, İspaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edib. Matçda yeganə qolu Ferran Torres vurub.

Bu, "Furiya Roxa"nın tarixdə ikinci çempionluğudur. Onlar ilk dəfə 2010-cu ildə dünya çempionatının qalibi olublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest