"Kəpəz" Futbol Akademiyasının 17 yaşlılardan ibarət komandasının iki üzvü – Turan Salahlı və Fərda Məmmədzadə AFFA U-17 Liqasının I turunun rəmzi "11-liy"inə düşüb.
"Kəpəz" Futbol Akademiyasının 17 yaşlılardan ibarət komandasının iki üzvü – Turan Salahlı və Fərda Məmmədzadə AFFA U-17 Liqasının I turunun rəmzi "11-liy"inə düşüb.
Matc.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, adıçəkilən futbolçular I turda səfərdə "Araz-Naxçıvan" üzərində qazanılan 3:0 hesablı qələbədə əsas pay sahibi olublar. Həmin oyunda Fərda Məmmədzadə iki qol vurub, Turan isə müdafiədə inamlı təsir bağışlayıb.
AFFA-nın aşağı yaş qrupları üzrə keçirdiyi çempionatlarda futbolçuların texniki göstəriciləri "Eyeball" platforması vasitəsilə qeydə alınır. Məhz "Eyeball" platformasının köməkliyi ilə cari mövsümdən etibarən U-19 oars U-17 Liqalarında turun ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komanda formalaşdırılır.













