"Real"ın baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 5-ci turunda "Rayo Valyekano"ya 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Arda Gülərin çıxışını dəyərləndirib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx.com" idman nəşri məlumat yayıb.

Portuqaliyalı mütəxəssis Türkiyə millisinin futbolçusunun oyunu barədə yüksək fikirlər səsləndirib:

"Arda Gülər həqiqətən çox, çox yaxşıdır. Möhtəşəm keyfiyyəti var, çoxlu qol vəziyyəti yaradır. Bu gecə komandanı toparlayıb balansı təmin etdi və inanılmaz təsir göstərdi".

Qeyd edək ki, qarşılaşmanın 72-ci dəqiqəsində Yan Diomandeni əvəzləyərək meydana daxil olan Arda Gülər, Kilian Mbappenin vurduğu son qolda məhsuldar ötürmənin müəllifi olub.

Bu mövsüm İspaniya nəhəngi ilə 5 qarşılaşmaya çıxan 21 yaşlı ulduz futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest