Portuqaliyalı yarımmüdafiəçi Renatu Sançeş karyerasını "Xetafe"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" idman nəşri məlumat yayıb.

Sançeş hazırda azad agent statusundadır – o, sentyabrın əvvəlində PSJ ilə müqaviləsinə xitam verib. Bundan sonra yarımmüdafiəçinin karyerasını davam etdirmək üçün eyni vaxtda bir neçə təklifi yaranıb.

Braziliya, Səudiyyə Ərəbistanı və MLS-dən gələn variantları o, Avropada çıxış etmək istədiyi üçün dərhal rədd edib. "Xetafe" ilə yanaşı, portuqaliyalı futbolçuya "Çelsi" və "Lill" də maraq göstərir. Bununla belə, "Xetafe" variantı prioritet hesab olunur, çünki İspaniya klubu ona əsas heyətdə yer verməyə hazırdır.

Sançeş 2019–2022-ci illərdə artıq "Lill"də çıxış edib. O, həmçinin "Benfika", "Bavariya", "Roma" və "Panatinaikos"da da oynayıb. Yarımmüdafiəçi 2016-cı ildə Avropa çempionu olduğu Portuqaliya millisinin heyətində 32 matçda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest