Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç Qətərin "Əl-Sədd" klubuna keçməyə çox yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 33 yaşlı futbolçu Qətər təmsilçisi ilə şəxsi müqaviləsinin bütün detallarını artıq razılaşdırıb. Sözləşmə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub və müqavilənin müddətini daha 1 il - 2028-ci ilə qədər uzatmaq variantı da var.

Marselo Brozoviç "Əl-Nəsr"dən ayrıldıqdan sonra azad agent statusu daşıyır.

Xorvatiyalı oyunçu 2015-2023-cü illərdə Milan "İnter"inin şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest