"Santos"un braziliyalı vingeri Neymar klubunu transfer qadağasından xilas edib.

Matc.az xəbər verir ki, bu barədə "Goal.com" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Braziliya təmsilçisi Jan Lukasın transferinə görə "Monaco"ya 2 milyon avro borclu olub. Bu səbəbdən FİFA klubun üzərinə transfer qadağası qoyub.

Neymar öz marketinq şirkəti "NR Sports" vasitəsilə bu borcu şəxsi vəsaiti hesabına ödəyib. Pulun köçürülməsi sponsorluq müqaviləsi kimi rəsmiləşdirilib və "NR Sports"un loqosu "Santos"un formalarında yer alacaq.

Transfer qadağasının aradan qaldırılması "Santos"a dərhal səs-küylü bir keçid reallaşdırmaq imkanı verib – Filippe Koutinyo azad agent statusu ilə kluba qoşulub.

Yeni mövsümdə Neymar bütün turnirlərdə çıxış etdiyi 24 matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Santos" ilə müqaviləsi cari ilin dekabr ayının sonuna kimidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest