"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında növbəti qolunu vurub.

Matc.az xəbər verir ki, 39 yaşlı argentinalı hücumçu "Neşvill" ilə 2:2 hesabı ilə başa çatan qarşılaşmada fərqlənməyi bacarıb. Bu qol sayəsində onun cari mövsümdə vurduğu topların sayı 19-a çatıb.

Beləliklə, Lionel Messi MLS-də mövsümün ən yaxşı bombardirləri siyahısında vahid liderliyə yüksəlib. O, 18 qolla ikinci pilləyə geriləyən "Dallas"ın hücumçusu Petar Musanı qabaqlamağı bacarıb.

Messi turnirdə ardıcıl 7 matçdır ki, meydanı qol və ya məhsuldar ötürməsiz tərk etmir. O, bu oyunlarda öz aktivinə 7 qol və 4 assist yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest