"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın oyunçularının "Qızıl top" mükafatına namizədlər siyahısına daxil edilməsi barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə "France Football" nəşri məlumat yayıb.
Bildirilir ki, ilin ən yaxşı futbolçusu mükafatına "Arsenal"ın 3 təmsilçisi – Qabriel Maqalyeş, Deklan Rays və Vilyam Saliba iddialıdır. Artetanın özü isə ən yaxşı məşqçi mükafatına namizəd göstərilib.
"Bu, klubun hansı inkişaf mərhələsində olduğunu və işlərin nə dərəcədə yaxşı getdiyini göstərir. Düşünürəm ki, bu, həm də oyunumuzda nümayiş etdirdiyimiz sabitlikdən xəbər verir. Fərdi mükafatlar isə komandanın ortaya qoyduğu əla kollektiv işin nəticəsidir. Bunun bizə böyük kuboklar qazandırdığını görmək xoşdur, ən vacibi də elə budur", - deyə Arteta açıqlamasında deyib.
Arteta ən yaxşı məşqçi mükafatını qazanıb-qazanmayacağı ilə bağlı sualı da cavablandırıb: "Bu, məndən asılı deyil, lakin namizədlər siyahısında olmaq, əlbəttə ki, böyük şərəfdir".
Baş məşqçi Raysın "Qızıl top"u qazanmalı olub-olmaması barədə isə bunları deyib: "Mən səsvermədə iştirak etmirəm, ona görə də bunu mütəxəssislərin öhdəsinə buraxıram".










_1789209783.jpg)


