Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehdiyevlə 1 illik müqavilə imzalayıb.
"Araz-Naxçıvan" heyətini daha 2 futbolçu ilə gücləndirib. Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehdiyevlə 1 illik müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 21 yaşlı Nihat Mehdiyev hücuma meyilli yarımmüdafiəçidir. Ötən mövsümü "Şamaxı"da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb. Digər yeni transfer, 25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir. O, əvvəllər "Araz-Naxçıvan"ın əvəzedici heyətində, daha sonra isə "Sumqayıt-2", "Karvan" və "Mingəçevir" komandalarında çıxış edib.
Qeyd edək ki, Naxçıvan klubu buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Errera, Rövlan Muradov, Issuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə bağlayıb.













