14 Avqust 2026, 12:08
FUTBOL
Kataloniyanın "Barselona" klubu "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodrinin transferi üçün üçüncü təklifini hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabrisio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, "şəhərlilər"in "göy-qırmızılılar"ın ilkin olaraq etdiyi 50 və 60 milyon avroluq təklifləri rədd etməsindən sonra klublar birbaşa danışıqları davam etdirəcəklər.
"Siti"nin Rodri üçün ən azı 80 milyon avro tələb etdiyi qeyd olunur.
İngiltərə çempionatının 2025/2026 mövsümündə 30 yaşlı Rodri 21 matça çıxaraq bir qol vurub.













