14 Avqust 2026, 16:20
FUTBOL
Paytaxt təmsilçisi ilə Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış şirkət arasında tərəfdaşlıq müqaviləsi daha 1 il müddətinə uzadılıb.
"Neftçi" və "CoffeeBar" şirkəti arasındakı əməkdaşlıq davam edir. Paytaxt təmsilçisi ilə Azərbaycanda ilk qəhvə ekosistemini yaratmış şirkət arasında tərəfdaşlıq müqaviləsi daha 1 il müddətinə uzadılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni razılaşmaya əsasən, "CoffeeBar" növbəti mövsümdə də "Neftçi"nin rəsmi qəhvə sponsoru olaraq komandanın qəhvə və qəhvə avadanlığı ehtiyaclarını təmin etməyə davam edəcək.
Tərəflər arasında uğurla davam edən əməkdaşlığın yeni mövsümdə də hər iki qurum üçün faydalı olacağı vurğulanıb.













