Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünə start verilir.

Matc.az xəbər verir ki, yeni mövsümdə çempionatda ümumilikdə 12 komanda mübarizə aparacaq.

Yeni mövsümdə çempionluq uğrunda yarış 3 dövrədən, ümumilikdə 33 turdan ibarət olacaq.

Yeni mövsümdə çempionatın iştirakçı siyahısına "İmişli" və "Şəfa" kimi yeni komandalar qoşulub.

Mövsüm ərzində "Qarabağ", "Zirə", "Sabah", "Sumqayıt", "Neftçi", "Turan Tovuz", "Araz-Naxçıvan", "Kəpəz", "Şamaxı", "Qəbələ", "İmişli" və "Şəfa" çempionluq və avrokuboklar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, mövsümün açılış matçı Tovuzda baş tutacaq. Sabah ilk turda "Turan Tovuz" "Qəbələ"ni qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest