"Opta" superkompüteri İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün favoritlərini müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" platforması məlumat yayıb.

Superkompüterin məlumatına görə, 2026/2027 mövsümündə İngiltərə çempionu olmaq üçün ən yüksək şans 38 faizlə "Arsenal"dadır.

Komandaların İngiltərə Premyer Liqasının 2026/2027 mövsümündə çempionluq şansları aşağıdakı kimidir:

1. "Arsenal" - 38%
2. "Mançester Siti" - 20,5%
3. "Liverpul" - 9,2%
4. "Mançester Yunayted" - 6,2%
5. "Aston Villa" - 4,8%
6. "Çelsi" - 4,1%
7. "Tottenhem" - 2,9%

Xatırladaq ki, İngiltərənin hazırkı çempionu "Arsenal"dır. İngiltərə çempionatının 2025/2026 mövsümündə komanda 38 oyuna 85 xal toplayıb. İkinci yeri "Mançester Siti" (78), üçüncü yeri isə "Mançester Yunayted" (71) tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest