30 İyul 2026, 11:06
FUTBOL
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Gəncə təmsilçisi bu dəfə Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib. 26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq "Şamaxı"da çıxış edən Rafael Məhərrəmli ötən mövsüm Misli Premyer Liqasında 16 oyun keçirib.













