"Real" və "Leypziq" klubları arasında aparılan yeni danışıqlar mərhələsindən sonra Fil Dişi millisinin vingeri Yan Diomandın keçidi ilə bağlı yekun razılıq hələ də əldə olunmayıb.
Matc.az xəbər verir ki, jurnalist və insayder Florian Plettenberq məlumat yayıb.
Bildirilir ki, danışıqlar bu gün də davam etdiriləcək. Oyunçu ilə razılıq hələ də qüvvədədir, "Real" bu həftənin sonunadək "Leypziq" ilə razılığa gələrək sövdələşməni başa çatdırmağa çalışır.
Baş tutacaq transferin məbləği 100 milyon avronu ötəcəyi bildirilir.
Diomand 2025-ci ildən "Leypziq"in şərəfini qoruyur. 2025/2026 mövsümündə o, 36 oyunda iştirak edib, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalda futbolçunun təxmini qiyməti 90 milyon avro təşkil edir. Almaniya klubu ilə hazırki müqavilə daha 4 il üçün nəzərdə tutulub.
Ötən dünya çempionatında Diomand 4 qarşılaşmada meydanda olub və bir məhsuldar ötürmə edib.












