Beynəlxalq Futbol Federasiyası (FİFA) dünya çempionatının İngiltərə ilə 1/2 final matçında (2:1) Folklend adaları ilə bağlı plakatın nümayiş etdirilməsi və bir sıra digər məsələlərə görə Argentina Futbol Assosiasiyasına (AFA) qarşı rəsmi araşdırmaya başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "BBC Sport"un jurnalisti Deyl Conson sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, gündəlikdə duran əsas bəndlər idman tədbirindən qeyri-idman xarakterli nümayişlər üçün istifadə, komandanın qeyri-qanuni davranışı, həmçinin ayrı-seçkilik və irqçi təhqirlərdir. Yarımfinal oyunundan sonra Argentina millisinin futbolçuları meydana üzərində "Malvin adaları argentinalınındır" yazılmış plakat çıxarıblar.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək üç ölkədə: ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya millisi dünya çempionu olub. Dünya birinciliyinin finalında İspaniya yığması Argentina ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatsa da, əlavə vaxtda Avropa təmsilçisi qələbə qolunu vurub (1:0).













