"Neftçi"nin qadın futbolçulardan ibarət komandası bu gün 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası bu gün 2026/2027-ci illər mövsümü üçün UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Matc.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirdə ölkəmizi növbəti dəfə təmsil edir.

Komandamız I təsnifat mərhələsində Monteneqronun "Buduçnost" klubu ilə qarşılaşacaq.

Birinci qrupun yarımfinal oyunu Yunanıstandakı "Veria" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 12:00-da başlanacaq.

Cütün qalibi finalda PAOK (Yunanıstan) – "Hapoel" (Yerusəlim, İsrail) duelinin güclüsünə rəqib olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest