İngiltərə millisinin mərkəz müdafiəçisi Con Stounz bu yay "Çelsi"nin transfer namizədlərinin siyahısına düşüb. London klubu müdafiənin mərkəzində təcrübəli oyunçular görmək istəyir, buna görə də dünya çempionatının bürünc mükafatçısı bu rola tam uyğun gəlir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, daha əvvəl "zadəganlar" "Sanderlend"ə isveçrəli yarımmüdafiəçi Qranit Cakanın alınması ilə bağlı təklif göndərib, lakin "qara pişiklər" 33 yaşlı futbolçularını satmaqdan imtina ediblər.
32 yaşlı Stounz geridə qalan mövsümdə "Mançester Siti" forması ilə 19 matça çıxıb, lakin fərqlənə bilməyib. Cari ilin aprelində oyunçu azad agent statusu ilə klubu tərk edib.
Mərkəz müdafiəçisi İngiltərə yığmasının heyətində bürünc medal qazanıb. Stounz 2026-cı ilı dünya çempionatında 5 oyunda iştirak edib.













