"Ötən illərdə avrokuboklarda müəyyən bəxtsizliklərlə üzləşdik".

Oyuna hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı hazırlıq keçmişik. Bu baxımdan müsbət nəticə qazanacağımıza inanırıq.

Matc.az xəbər verir ki, busözləri "Neftçi"nin futbolçusu Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda "Dinamo" (Minsk, Belarus) komandası ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, bu mövsümün komanda üçün böyük əhəmiyyət daşıdığını və qarşılarında güclü rəqibin olduğunu vurğulayıb:

"Dinamo" yaxşı kollektivdir. Hazırda əsas məqsədimiz onları mübarizədən kənarlaşdırmaqdır. Növbəti mərhələlər barədə danışmaq hələ tezdir. Oyundan-oyuna hazırlaşmağı düşünürük. Ötən illərdə avrokuboklarda müəyyən bəxtsizliklərlə üzləşdik. Amma inanıram ki, bu dəfə bunun öhdəsindən gələcəyik, yəni, bəxtsizliyi dəf edəcəyik. Heyətimizdə ciddi dəyişiklik olmayıb. Hazırda komandada sabitlik var. Yaxın vaxtlarda bəzi futbolçular da bizə qoşulacaqlar. Bundan sonra daha da güclü olacağımıza inanıram".

O, təlim-məşq toplanışı zamanı düşərgədə möhtəşəm atmosferin olduğunu xatırladıb:

"Azarkeşlərimizə təşəkkür edirəm. Onlar hər zaman yanımızdadırlar və bizə motivasiya verirlər. Sabah onları mütləq sevindirməliyik".

Qeyd edək ki, iyulun 22-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Dinamo" oyunu saat 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest