Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) dünya çempionatının final matçından sonra Argentina millisi təmsilçilərinin davranışları ilə bağlı araşdırmaya başlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, idman qurumu cənubi amerikalıların İspaniyaya 0:1 hesabı ilə uduzduqları həlledici qarşılaşmanın final fitindən sonra meydanda yaşanan insidentləri araşdıracaq.

Həmin an Argentina yığmasının müdafiəçisi Nauel Molina ispaniyalıların kapitanı Rodrinin sinəsinə zərbə endirib. Münaqişəyə qoşulan Leandro Paredes isə rəqib oyunçulardan Erik Qarsiyanın boğazından yapışıb, daha sonra isə Qaviyə qarşı aqressivlik nümayiş etdirib.

Bundan başqa, Argentina millisinin məşqçilər heyətində yer alan Roberto Ayala isə Daniel Olmo ilə mübahisə edərək onun üzünə zərbə endirib.

FİFA nizam-intizam qaydalarının pozulması ilə nəticələnən bütün bu epizodları nəzarətə götürüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest