İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatının karyerasında sonuncu olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

32 yaşlı futbolçu 2025/26 mövsümünün onun üçün karyerasının ən yaxşı dövrü olduğunu qeyd edərək, 2030-cu ildəki dünya birinciliyində iştirakı ilə bağlı dəqiq fikir bildirməyib.

"Mən yenicə karyeramın ən yaxşı mövsümünü keçirdim, mənə isə demək olar ki, 33 yaş olacaq. İndi dəqiq demək qeyri-mümkündür, lakin 4 il uzun müddətdir. İngiltərə millisi üçün oynamaq mənim ən böyük hədəfimdir və ən çox qürur duyduğum şeydir. Yaşayarıq – görərik. Hələlik mən çıxış etdiyim kimi çıxış edirəm, İngiltərəni təmsil edəcəyəm.

Mən addım-addım hərəkət edəcəyəm və çox uzaq irəliyə baxmayacağam. Bir neçə həftədən sonra biz yenidən "Bavariya" ilə başlayırıq, ardınca isə İngiltərə millisinin növbəti toplanışı olacaq və burdan biz yola çıxacağıq", - deyə Keyn açıqlama verib.

Münhen "Bavariya"sının forvardı yığmada keçirdiyi 121 matçda 85 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, dünya çempionatını 6 qolla başa vuraraq komandanın ən yaxşı bombardirlərindən biri olub və yalnız özündən 1 qol çox vuran Cud Bellinqemi qabağa buraxıb.

Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə yığması dünya çempionatında bürünc medallar uğrunda qarşılaşmada Fransanı 6:4 hesabı ilə məğlub edərək üçüncü yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest