"Liverpul"un sabiq hücumçusu Məhəmməd Salah Türkiyənin "Beşiktaş" klubu ilə şifahi razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Santi Auna özünün "X" sosial şəbəkəsindəki hesabı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, misirli ulduz futbolçu İstanbul təmsilçisində ildə 10 milyon avro qazanacaq. Müqavilədə bonus şəklində daha 2 milyon avro da nəzərdə tutulub.
Tərəflər arasında imzalanacaq müqaviləsinin müddəti 1 illik olacaq. Sözləşməyə əməkdaşlığı daha bir mövsüm uzatmaq barədə xüsusi bənd də əlavə ediləcək.
Salah ötən mövsümün sonunda Mersisayd klubundan ayrılıb. O, son mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 41 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalınında təcrübəli hücumçunun hazırkı dəyəri 22 milyon avro qiymətləndirilir.













