12 İyul 2026, 04:57
FUTBOL
Maddrid "Real"ının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Norveç və İngiltərə yığmaları arasında keçirilən DÇ -2026-nın 1/4 final mərhələsinin ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçu əlavə vaxtda qazanılan 2:1 hesablı əzmkar qələbədə dubl edərək "üç şirlər"in turnirin yarımfinalına yüksəlməsinə kömək edib.
Bellinqem turnirdə 5-ci və 6-cı qollarını vuraraq bu göstəricidə Harri Keynə çatıb. O, komanda yoldaşı ilə birlikdə bombardirlər yarışında dördüncü və beşinci yerləri bölüşdürür.








_1783806674.jpg)




