Madrid "Real"ı, "Liverpul"un keçmiş oyunçusu İbrahima Konate ilə müqavilə imzalamasına baxmayaraq, "Mançester Siti"nin mərkəz müdafiəçisi Yoşko Qvardiolu da transfer etmək ehtimalını istisna etmir.
Matc.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, Florentino Peres klubda keçiriləcək prezident seçkilərində yenidən qalib gələcəyi təqdirdə, İspaniya nəhəngi xorvatiyalı müdafiəçinin keçidini reallaşdıra bilər. Qvardiolun özünün də Madrid klubunda oynamaq istədiyi qeyd olunsa da, "Mançester Siti" 24 yaşlı ulduzunu satmağa isti yanaşmır. Vurğulanır ki, "Real" bu transferdə maraqlı olsa da, oyunçu üçün qarşı tərəfə şişirdilmiş məbləğ ödəmək niyyətində deyil.
2023-cü ilin yayından bəri "Mançester Siti"nin uğurları üçün çalışan Yoşko Qvardiolun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında istedadlı müdafiəçinin hazırkı dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.







_1780606183.jpg)





