ESPN telekanalı DÇ-2026-da iştirak edəcək 21 yaşdan aşağı ən yaxşı futbolçuların siyahısını dərc edib.

Matc.az xəbər verir ki, reytinqdə birinci yeri "Barselona"nın və İspaniya millisinin vingeri Lamin Yamal tutub. Ondan sonrakı yerlərdə "Real"ın və Türkiyə seçməsinin yarımmüdafiəçisi Arda Gülər, həmçinin PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Juan Neveş qərarlaşıb.

​Lamin Yamal (18 yaş, İspaniya, "Barselona")
​Arda Gülər (21 yaş, Türkiyə, "Real")
​Joao Neveş (21 yaş, Portuqaliya, PSJ)
​Pau Kubarsi (19 yaş, İspaniya, "Barselona")
​Niko Pas (21 yaş, Argentina, "Komo")
​Dezire Due (21 yaş, Fransa, PSJ)
​Kenan Yıldız (21 yaş, Türkiyə, "Yuventus")
​Varren Zair-Emeri (20 yaş, Fransa, PSJ)
​Lennart Karl (18 yaş, Almaniya, "Bayern")
​Yan Diomande (19 yaş, Kot-d'İvuar, "RB Leypsiq")

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda 48 milli komanda iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest