"Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur".
"Üç il sonra milliyə qayıtdım. Ayxan Abbasova və digər məşqçilərə təşəkkür edirəm. Burada olduğuma görə çox sevinirəm".
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Emil balayev deyib. 32 yaşlı qolkiper Malta ilə keçiriləcək yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında danışıb. O, komandada yaxşı ab-hava olduğunu deyib:
"Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur".
Balayev "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə rəqabət barədə danışıb. Təcrübəli qapıçı həmkarı ilə rəqabətin xoş olduğunu deyib:
"Təbii ki, Şahruddinlə rəqabət üçün darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabət tamamilə başqadır. Mövqeyimiz eyni olsa da, həmişə bir-birimizi dəstəkləmişik. "Qarabağ"da Şahruddin əsas heyət oyunçusu olanda millidə mən oynayırdım. "Qarabağ"da mən Şahruddinə, millidə o mənə dəstək olurdu. Biz bir-birimizə qarşı çox sağlam, dostca rəqabət aparmışıq. Rza Cəfərov icarə əsasında "Qəbələ"də idi. Artıq onun icarə dönəmi başa çatıb. Onunla "Neftçi"dəki rəqabəti də gələcəkdə görərik".


_1780606183.jpg)










