04 İyun 2026, 19:05
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado tezliklə klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
22 yaşlı ispan futbolçunun xidmətində "Monako" maraqlıdır. Knyazlıq təmsilçisi oyunçunun transferini 23 milyon avro qarşılığında tamamlamaq üzrədir.
İspaniyalı dayaq yarımmüdafiəçisi Liqa 1 təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə ttutulan müqavilə imzalayacaq. Kataloniya təmsilçisi oyunçunun növbəti satışından 20 faiz pay alacaq.
Qeyd edək ki, Mark Kasado ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 34 oyunda 1 bir məhsuldar ötürmə ilə yadda qalıb.













