29 May 2026, 01:01
FUTBOL
Bu gün yeni mövsüm üçün II Liqaya vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçiriləcək.
Matc.az xəbər verir ki, həlledici goyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.
Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" II Liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü olub.
29 may (cümə)
II Liqa uğrunda pley-off oyunu
16:00. "Biləsuvar" – "Ağstafa Gəncləri"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Yevlax şəhər stadionu













