"Çelsi"nin müvəqqəti baş məşqçisi Kalum Makfarleyn braziliyalı cinah oyunçusu Estevaonun bud əzələsindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsində oynaya bilməyəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "SkySports" paylaşıb.

18 yaşlı braziliyalı Premyer Liqanın 33-cü turunda, evdə "Mançester Yunayted"ə (0:1) qarşı məğlub olduqları oyun zamanı zədələnib və 2026-cı il dünya çempionatını buraxmaq riski ilə üzləşib.

Qeyd edək ki, "Çelsi" ötən gün Liam Rozeniorun baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Komanda müvəqqəti olaraq Kalum Makfarleynə tapşırılıb.

London klubu aprelin 26-da İngiltərə Kubokunun yarımfinalında "Lids"lə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest