24 Aprel 2026, 19:30
FUTBOL
"Bavariya"nın əsas qapıçısı Manuel Noyer klubla yeni müqavilə imzalayacaq.
Matc.az xəbər verir ki, bu barədə "Abendzeitung München" nəşri məlumat yayıb.
40 yaşlı qapıçı bu yay başa çatacaq Münhen klubu ilə müqaviləsini daha 1 il, 2027-ci ilə qədər uzadacaq. Oyunçu bu qərarı agentləri ilə birlikdə verib və klub buna etiraz etməyəcək.
İki tərəf arasında danışıqlar artıq aparılıb və onlar əsas şərtlər barədə razılığa gəliblər.
Qeyd edək ki, Noyerı "Bavariya"ya 2011-ci ilin yayında "Şalke"dən keçib və 2017-ci ildən bəri klubun kapitanı olub.
40 yaşlı qapıçı bu mövsüm bütün yarışlarda 34 oyun keçirib və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.












