24 Aprel 2026, 12:11
FUTBOL
"Nyukasl" İngiltərə Premyer Liqasının XXXIV turunda səfərdə "Arsenal"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, "sağsağanlar" oyuna ciddi itki ilə çıxacaq.
Entoni Qordon komandaya kömək edə bilməyəcək. Qasıq nahiyəsində zədə olan ingiltərəli vinger kollektivlə birlikdə Londona aparılmayacaq.
Qarşıplaşma sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, Entoni Qordon bu mövsüm "Nyukasl"ın heyətində bütün turnirlərdə keçirdiyi 46 oyunda 17 qol vurub, 5 qol ötürməsi edib.


_1777037180.jpg)









