Pep Qvardiola mövsümün sonunda komandadan gedərsə, "Mançester Siti"nin baş məşqçisi olmaq üçün əsas namizəd "Çelsi"nin sabiq çalışdırıcısı Enzo Mareskadır.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İtalyan mütəxəssisin bu yay mümkün təyinatı ilə bağlı iki tərəf arasında artıq müsbət danışıqlar aparılıb. Klub Pep Qvardiolanın müqaviləsinin bitməsinə 1 il qalmasına baxmayaraq, onun mövsümün sonunda ayrıla biləcəyi ehtimalına hazırlaşır.
Xatırladaq ki, ötən ilin dekabr ayında Qvardiola Mareskanı "dünyanın ən yaxşı menecerlərindən biri" adlandırmış və italyan mütəxəssisin "Çelsi"dəki işini müstəsna adlandırmışdı.
Qvardiolanın İngiltərə nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər olsa da, o, cari mövsümün sonunda "Siti"dəki gələcəyinə qərar verəcək.
İspaniyalı məşqçi 2016-cı ilin yayından bəri "Mançester Siti"yə rəhbərlik edir.












