24 Aprel 2026, 12:29
FUTBOL
"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Bavariya" ingiltərəli futbolçunu transfer etmək istəyir. Birmingem təmsilçisi 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 100 milyon funt-sterlinq tələb edəcək.
"Mançester Siti" və "Çelsi" də İngiltərə millisinin üzvü ilə maraqlanır.
Qeyd edək ki, Morqan Rocers bu mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə keçirdiyi 48 oyunda 12 qol vurub, 9 qol ötürməsi edib.


_1777037180.jpg)









