24 Aprel 2026, 15:31
FUTBOL
Mövsümün sonunda "Bornmut"la müqaviləsi başa çatan Markos Senesi Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Argentinalı mərkəz müdafiəçisi "Tottenhem"lə anlaşıb. London təmsilçisi Premyer Liqada qala bilsə, 28 yaşlı futbolçu klubla müqavilə imzalayacaq.
Qeyd edək ki, Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 35 oyunda 5 qol ötürməsi edib.











_1777037180.jpg)
