Portuqaliyanın "Benfika" klubunun futbolçusu Canluka Prestianni intizam qaydalarını pozduğuna görə cəzalandırılıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Argentinalı yarımmüdafiəçi irqçi təhqirlərə görə 6 oyunluq diskvalifikasiya olunub. Cəzanın 3 oyunu şərti tətbiq ediləcək.

Xatırladaq ki, hadisə fevral ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ­– "Real" Mqarşılaşmasında baş verib. Həmin görüşdə Prestianni Vinisiusu "meymun" adlandıraraq təhqir edib.

UEFA cəzanın yalnız avrokubok oyunları ilə məhdudlaşmaması üçün FIFA-ya müraciət etməyi planlaşdırır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest