İtaliya dünya çempionatında sonuncu dəfə 2014-cü ildə oynayıb, o zaman Kosta Rika, Uruqvay və İngiltərə ilə birgə yer aldığı qrupdan çıxa bilməyib.
İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-offun finalında Bosniya və Herseqovinaya məğlub oldu (1:1, penaltilər seriyası – 4:1).
Matc.az xəbər verir ki, bununla da italiyalılar tarixində ilk dəfə ardıcıl 3 dünya çempionatını buraxacaq.
İtaliya dünya çempionatında sonuncu dəfə 2014-cü ildə oynayıb, o zaman Kosta Rika, Uruqvay və İngiltərə ilə birgə yer aldığı qrupdan çıxa bilməyib.
Qeyd edək ki, "Skuadra Adzzura" dördqat dünya çempionudur çempionudur.
Hazırkı dünya çempionları isə Argentinadır. Argentina millisi 2022-ci il dünya çempionatının finalında Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb və Argentina penaltilər seriyasında qalib gəlib (4:2).












