31 Mart 2026, 13:59
FUTBOL
"Çelsi"nin futbolçusu Ceymi Gittens karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Beşiktaş" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. İstanbul nəhəngi yaxın günlərdə Gittensin meneceri ilə danışıqlara başlamağı planlaşdırır. "Qara qartalar" mövsümün sonunda isə 21 yaşlı oyunçunun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Çelsi" Ceymi Gittensi mövsümün əvvəlində "Borussiya"dan transfer edib. İngiltərə U-21 millisinin üzvü London təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.






_1774961532.jpg)


_1774956965.jpg)


