01 Aprel 2026, 09:15
DÇ-2026
DÇ-2026-nın qitələrarası pley-offunun final oyunları keçirilib.
Matc.az xəbər verir ki, Meksikada baş tutan görüşdə İraq və Boliviya yığmaları üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Asiya təmsilçisi mundialın final mərhələsinə vəsiqə qazanıb.
Digər pley-off matçında isə Konqo ilə Yamayka qarşılaşıb. Afrikalılar minimal hesablı qalibiyyətlə dünya çempionatında iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, DÇ-2026 iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq. Turnirdə 48 komanda iştirak edəcək.
İraq - Boliviya 2:1
Qollar: Əl-Hamadi, 10, Hüsseyn, 53 - Panyaqua, 38
Konqo - Yamayka 1:0
Qollar: Tuanzebe, 100












