"Barselona" baş məşqçi Hans Fliklə müqaviləni uzatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Skira yayıb.

Almaniyalı mütəxəssislə danışıqlar artıq son mərhələdədir. 61 yaşlı çalışdırıcı ilə yeni müqavilənin 2028-ci ilin yayına qədər imzalanması planlaşdırılır. Klub yaxın günlərdə rəsmi açıqlama edəcək.

Flikin hazırkı sözləşməsi gələn ilin iyununa qədər qüvvədədir. Təcrübəli məşqçi 2024-cü ilin yayından Kataloniya klubuna rəhbərlik edir. "Barselona" onun rəhbərliyi altında ötən mövsüm La Liqada çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest