"Bu peşə ilə məşğul olan kim olursa olsun, dünya çempionatı xəyalını arzular"
“Duyğu anlamında zirvəni yaşayıram. Əcnəbi məşqçi kimi həm Avropa, həm də dünya çempionatına qatılan ilk mütəxəssis oldum. Bunu sözlərlə izah edə bilmirəm”. Matc.az xəbər verir ki, bunu Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella deyib.
Qardaş ölkə təmsilçisi səfərdə Kosovonu 1:0 hesabı ilə məğlub edərək, 24 ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanıb. Bu uğurdan sonra italiyalı mütəxəssis fikirlərini açıqlayıb.
“Əgər işlər istədiyimiz kimi getməsəydi, oyunçularıma qalxan olub bütün məsuliyyəti öz üzərimə götürərdim. Bu peşə ilə məşğul olan kim olursa olsun, dünya çempionatı xəyalını arzular. Bu xəyala çatdığımız üçün çox xoşbəxtik. İnanılmaz bir duyğudu, kəlmələrlə təsvir edə bilmirəm. İnanılmaz olacaq”.
Qeyd edək ki, “ay-ulduzlu” komanda Kərəm Aktürkoğlunun qolu ilə rəsmiləşən bu uğurdan sonra artıq turnirin hazırlıq planlarına start verib.












