"Çelsi"nin futbolçusu Koul Palmer Avropanın nəhəng klublarının transfer siyahısına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Mançester Yunayted", "Real" və "Bavariya" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. London klubu 23 yaşlı oyunçuya 150 milyon funt-sterlinq qiymət qoyub.

Qeyd edək ki, "Çelsi" Koul Palmeri 2023-cü ilin yayında "Mançester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "mavilər"in heyətində keçirdiyi 25 oyunda 10 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest