Ruanda yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da meydana çıxıblar. "Zirə"nin futbolçuları Anje Mutsinzi, Leyor Mikels və "Sabah"dan Coy Lens Mikels matça start heyətində başlayıblar. "Karvan-Yevlax"ın formasını geyinən Coy Slayd Mikels isə 79-cu dəqiqədə oyuna girib.

Ruanda millisi “FIFA Series-2026” turnirinin finalında Estoniya seçməsi ilə üz-üzə  gəlib.

Matc.az xəbər verir ki, 2:0 hesablı qələbə qazanan Afrika təmsilçisi turnirin qalibi olub.

Ruanda yığmasının heyətində Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular da meydana çıxıblar. "Zirə"nin futbolçuları Anje Mutsinzi, Leyor Mikels və "Sabah"dan Coy Lens Mikels matça start heyətində başlayıblar. "Karvan-Yevlax"ın formasını geyinən Coy Slayd Mikels isə 79-cu dəqiqədə oyuna girib.

Coy Lens Mikels komandasının ilk qolunun məhsuldar ötürməsini edib. Leroy Mikels isə ikinci qolun müəllifi olub. O, qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest