Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" bu gün ilk yoxlama oyununa çıxıb.

Matc.az xəbər verir ki, Kurban Berdıyevin komandası Polşanın yüksək liqa təmsilçisi "Poqon"la üz-üzə gəlib.

Qarşılaşma polşalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin qollarını 26-cı dəqiqədə Ayxan Hüseynov və 34-cü dəqiqədə İbrahima Vadji vurublar.

Qeyd edək ki, "Turan Tovuz" ilk oyunu yanvarın 10-da Rumıniya təmsilçisi "Hermanştadt" qarşı keçirməli idi. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən yoxlama oyunu ləğv olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest