21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Şamaxı klubuna 1:0 hesabı ilə uduzub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi kollektiv "Şamaxı" ilə üz-üzə gəlib.

"Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada yığmamız Şamaxı klubuna 1:0 hesabı ilə uduzub. Qarşılaşmanın yeganə qolunu 73-cü dəqiqədə Oruc Məmmədov vurub.

Qeyd edək ki, U-21 ötən gün "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest