26 Noyabr 2025, 15:44
ÇEMPİONLAR LİQASI
“Çelsi”nin müdafiəçisi Mark Kukurelya Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” üzərində qazanılmış 3:0 hesablı qələbəni şərh edib.
Matc.az xəbər verir ki, ispaniyalı futbolçu 3 xala layiq olduqlarını bildirib:
"Oyundan çox razı qaldım. Təkcə hər bir futbolçunun fərdi çıxışından deyil, həm də bütün komandanın çox yaxşı reaksiya verməsindən. Qələbəyə layiq idik. Oyunu yaxşı nəzarətdə saxladıq. Bu, çox vacib 3 xaldır. Bəlkə də başqa vaxt qarşılaşsaydıq, nəticə fərqli olardı. Çalışırdım ki, Lamin Yamala çox boşluq verməyim. Komanda yoldaşlarım mənə çox kömək etdi. Qələbəyə çox sevinirikox əziyyət çəkdik".












_1764161033.jpg)