"Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasına düşüb.

Matc.az xəbər verir ki, 24 yaşlı polşalı buna V turun “Napoli”yə qarşı səfər matçından (0:2) sonra nail olub.

Mateuş görüşün 56-cı dəqiqəsində Rasmus Heylunun penaltisini qaytarıb. Qapıçı İtaliyadakı qarşılaşmada ümumilikdə 8 zərbəni zərərsizləşdirib.

Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstəricidə turnirin 11-ci qapıçısıdır.

1. Nikita Haykin (“Bodo Qlimt”) - 31

2. Xeronimo Rulyi (“Marsel”) - 29

3. Tibo Kurtua (“Real”) - 22

4. Nik Poup (“Nyukasl”) - 21

5. Neofitos Mixail (“Pafos”) - 20

6-10. Marko Karnesekki (“Atalanta”) - 18

Mark Flekken (“Bayer”) - 18

Nordin Yakers (“Brügge”) - 18

Vanya Milinkoviç-Saviç (“Napoli”) - 18

Anatoli Trubin (“Benfika”) - 18

11. Mateuş Koxalski (“Qarabağ”) - 17

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest