26 Noyabr 2025, 13:53
ÇEMPİONLAR LİQASI
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bayer"ə qarşı Çempionlar Liqasının oyununda komandasının 0:2 hesabı ilə məğlubiyyətini şərh edib.
Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis uğursuz nəticəyə görə məsuliyyəti üzərinə götürdüyünü bildirib:
"Bu, gözlədiyimiz oyun olmadı. Bəlkə də bütün məsuliyyəti üzərimə götürməli olacağam. Bununla belə, start heyətində meydana çıxan futbolçuların hamısının yaxşı olduğunu düşünürəm. İndi növbəti matçlarda mübarizə aparmalıyıq. "Bayer"in futbolçuları keyfiyyətli idi. Biz də pis çıxış etmədik. Epizodlarımız oldu və deyərdim ki, hətta onlardan daha çox epizodumuz var idi. Lakin bunlar yarımçıq imkanlar idi".












_1764161033.jpg)