"Barselona"nın baş məşqçisi Hans Flik UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Çelsi" ilə oyununu (0:3) şərh edib.
Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib:
"Biz oyuna çox yaxşı başladıq və ilk qolu vurmaq üçün əla imkanımız oldu. Amma Ferran Torres topu qapıdan kənara vurdu. Bilirdik ki, "Çelsi" həqiqətən güclü komandadır. Sayca azlıqda oynarkən onları məğlub etmək asan deyil. Hər şeyi sınadıq. Müdafiədə çoxlu səhvlərə yol verdik. Hazırda deyə biləcəyim budur. Hər şeyi təhlil etməliyik.
İndi söhbət növbəti mərhələyə vəsiqə qazanmaqdan gedir. Bu, bizim məqsədimizdir. Əgər 9 xal qazana bilsək, hər şey mümkündür. Nə olacağını görəcəyik, amma biz hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Növbəti matç "Ayntraxt"a qarşı olacaq. Mən çox optimistəm. 3 oyun qalıb və 9 xal toplamalıyıq".












_1764161033.jpg)