"Mançester Yunayted"in müdafiəçisi Dieqo Leon karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Sezar Luis Merlo məlumat yayıb.

"Qırmızı şeytanlar" paraqvaylı futbolçunu daha çox oyun şansı qazanmaq üçün "Nitsa"ya icarəyə verməyi planlaşdırır. 18 yaşlı sol cinah müdafiəçisinin mövsümün ikinci yarısını Liqa 1 təmsilçisinin heyətində keçirəcəyi gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted" Dieqo Leonu bu ilin yayında "Serro Porteno"dan 4 milyon avroya transfer edib. Paraqvay millisinin üzvü olan gənc oyunçu İngiltərə klubunun heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest