26 Noyabr 2025, 12:43
ÇEMPİONLAR LİQASI
“Oyunun ilk dəqiqələri çətin keçdi, çoxlu səhv etdik, amma belə də olur".
"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun "Qarabağ"la oyununu (2:0) dəyərləndirib.
Matc.az xəbər verir ki, şotlandiyalı futbolçu ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib:
“Oyunun ilk dəqiqələri çətin keçdi, çoxlu səhv etdik, amma belə də olur. İkinci hissədə daha yaxşı oynadıq və daha çox qol vurmalı idik. Bu gün üç vacib xal qazandıq”.












